...

“Neftçi” çempion oldu, “Qarabağ” isə Avropa kuboklarından kənarda qala bilər

İdman Materials 29 Aprel 2012 20:51 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqada 30-cu tura yekun vurulacaq. Trend-in məlumatına görə, turun ikinci günündə daha 4 qarşılaşma baş tutub.
“Neftçi” çempion oldu, “Qarabağ” isə Avropa kuboklarından kənarda qala bilər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Unibank Premyer Liqada 30-cu tura yekun vurulacaq. Trend-in məlumatına görə, turun ikinci günündə daha 4 qarşılaşma baş tutub.

İkinci "altılıq"da isə bir qarşılaşma keçiriləcək. Burada lider AZAL öz meydanında "Simurq"u qəbul edib.

Qəbələnin eyniadlı komandası öz meydanında "Bakı" ilə qarşılaşıb. Avrokuboklara vəsiqə qazanmaq şansını az da olsa saxlayan "Qəbələ" bu görüşdə rəqibini böyükhesablı məğlubiyyətə uğradıb: 4-0.

Unibank Premyer Liqanın hazırki lideri "Neftçi" isə öz meydanında "Qarabağ"ı qəbul edib. Ötən turda səfərdə "Xəzər Lənkəran"a uduzan (0:1) "ağ qaralar" bu görüşdə qələbə qazana bilib: 2-1.
Ağdam təmsilçisinin vəziyyəti bu məğlubiyyətdən sonra daha da çətinə düşüb. Qarabağ təmsilçilərinin Avropa kuboklarına oynamaq şansı azalıb. "Neftçi" isə çempionatın başa çatmasına bir neçə tur qalmış çempionluğu bayram edib.

Tura "Şəfa" stadionunda yekun vurulub. Burada yerli "İnter" klubu "Xəzər Lənkəran"la qarşılaşıb.

29 aprel (bazar)

Unibank Premyer Liqa, 30-cu turun oyunları

19:00. "İnter" - "Xəzər Lənkəran" - 0:0 (İkinci hissə)
"Şəfa" stadionu.

18:15. AZAL - "Simurq" - 0:0
AZAL Arena stadionu.

17:00. "Qəbələ" - "Bakı" - 4:0
Qəbələ şəhər stadionu.
Qollar: Yannik Kamanan, 38 (1:0), Vurğun Hüseynov, 50 (2:0), Viktor Mendi, 59 (3:0), Nodar Məmmədov, 90+3 (4:0)
Kamanan penaltidən istifadə edə bilmir.

17:00. "Neftçi" - "Qarabağ" - 2:1
Qol:
Vaqif Cavadov, 67 (0:1), Rəşad Abdullayev, 71 (1:1), Ruslan Abışov, 90+1-pen. (2:1)
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
32-ci dəq. Vaqif Cavadovun vurduğu penaltini "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç dəf edir.

28 aprel (şənbə)

"Rəvan" - "Kəpəz" - 5:1
Qollar:
Nemanya Vidakoviç, 24 (1:0), Kristian Torres, 57 (2:0), 90+3 (5:1), Ramazan Abbasov, 71 (3:0), 84 (4:1), Yuri Fomenko, 76 (3:1)
Qırmızı vərəqə: Mesallah Eslam, 43 ("Kəpəz")
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Dalğa Arena stadionu.

"Rəvan": 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 7. Elvin Musazadə, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Toress, 24. Hüseyn İsgəndərov,

"Kəpəz": 22. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 12. Mesallah Eslam, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko



"Turan" - "Sumqayıt" - 1:1
Qollar:
Orxan Əliyev, 59 (0:1), Aleksandr Qoqoberişvili, 69-pen (1:1)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz şəhər stadionu.


"Turan": 12. Ramil Kərimov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 32. Cavid Tağıyev,

"Sumqayıt": 23. Andrey Popoviç, 4. Samir Abbasov (k), 15. Bəxtiyar Həsənalızadə, 70. Şamil Camaləddinov, 47. Abdulla Abatsiyev, 95. Murad Ağayev, 9. Orxan Həsənov, 25. Uğur Pamuk, 19. Orxan Əliyev, 11. Kamil Nurəhmədov, 91. Ruslan Qurbanov

Xəbər lenti

Xəbər lenti