...

Məşhur norveçli üzgüçü qəflətən ölüb

İdman Materials 2 May 2012 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may / Trend/

Norveçin London Olimpiadasında əsas ümid bəslədiyi idmançı Aleksandr Dale Oen ürək tutmasından vəfat edib. Bu barədə Trend Rusya KİV-inə istinadən məlumat verir.

Üzgüçülük üzrə dünya çempionu və ötən ilin yekunları üzrə Norveçin ən yaxşı idmançısı Aleksandr Dale Oen dünən, mayın 1-də ürək tutmasından vəfat edib.

Üzgüçü ABŞ-ın Flaqstaffe şəhərində (Arizona ştatı) keçirilən təlim-məşq toplantısı zamanı vəfat edib. Baş verənlərlə bağlı məlumatı Norveçin Üzgüçülük Federasiyasının prezidenti Pera Rune Eknesa rəsmən təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti