...

Berti Foqts: Yaponiya yığması ilə qarşılaşma Azərbaycan millisi üçün böyük təcrübə olacaq

İdman Materials 22 May 2012 17:15 (UTC +04:00)
Yaponiya yığması ilə qarşılaşmaq bizim komanda üçün böyük əhəmiyyət kəsb edir. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Berti Foqts: Yaponiya yığması ilə qarşılaşma Azərbaycan millisi üçün böyük təcrübə olacaq

Azərbaycan, Bakı, 22 may /Trend/

Yaponiya yığması ilə qarşılaşmaq bizim komanda üçün böyük əhəmiyyət kəsb edir. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

"Çünki rəqibimizin heyətində çox yaxşı futbolçular var və düşünürəm ki, müəyyən şeyləri onlardan öyrənməliyik", - Foqts deyib.

Yaponiya ilə oyunöncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis bu matçın komandası üçün böyük təcrübə olacağını bildirib.

"Yaponiya yığmasından yüksək səviyyəli oyun gözləyirəm. Bu qarşılaşma bizim üçün dünya çempionatının seçmə mərhələsinə hazırlıq yolunda böyük təcrübə olacaq", - Foqts əlavə edib.

Xəbər lenti

Xəbər lenti