...

DÇ-nin 27-ci oyununda stadion dəyişikliyi edilib

İdman Materials 10 Sentyabr 2012 19:17 (UTC +04:00)
Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə artıq son hazırlıq işləri aparılır. Ümumilikdə 32 qarşılaşmanın keçiriləcəyi çempionatın oyun cədvəlində kiçik dəyişiklik edilib.
DÇ-nin 27-ci oyununda stadion dəyişikliyi edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə artıq son hazırlıq işləri aparılır. Ümumilikdə 32 qarşılaşmanın keçiriləcəyi çempionatın oyun cədvəlində kiçik dəyişiklik edilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuş 1/4 final oyunu (çempionatın 27-ci oyunu) eyni tarix və saat saxlanılmaqla 8-ci KM stadionunda baş tutacaq.

Oyun günü iştirakı gözlənilən dünya şöhrətli pop ulduz Rihannanın stadionda çıxışı da təxirə salınıb. Rihannanın oktyabrın 6-da "Crystall Hall"da keçiriləcək konsert proqramı isə qüvvədə qalır.

Qeyd olunmuş oyunun biletlərini artıq əldə etmiş bütün azarkeşlərin diqqətinə çatdırılır ki, bu biletləri AFFA-nın inzibati binasında təhvil verib, ödənilmiş məbləği geri ala bilərlər. 8-ci KM stadionunda keçiriləcək 1/4 final oyununun biletlərini də elə həmin satış nöqtəsindən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti