...

Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib

İdman Materials 19 Sentyabr 2012 19:03 (UTC +04:00)
Bu gün Regional Futbol Federasiyaları İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.
Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gün Regional Futbol Federasiyaları İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, konfransın gündəliyinə yığıncağın tərkibinin yoxlanılması, RFF İB-nin prezidentinin keçən dövr üçün hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, RFF İB prezidentinin seçilməsi və digər məsələlər daxil edilib.

Gündəlikdəki bütün məsələlər müsbət həllini tapdıqdan sonra RFF İB-nin prezidenti vəzifəsinə seçki keçirilib.

İskəndər Cavadov növbəti dəfə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti