...

Cennifer Lopez FIFA U-17 qadınlararası dünya çempionatının açılışında çıxış edib (FOTO) (VİDEO)

İdman Materials 22 Sentyabr 2012 19:58 (UTC +04:00)
Jenifer Lopez FIFA U-17 qadınlararası dünya çempionatının açılışında çıxış edib
Cennifer Lopez FIFA U-17 qadınlararası dünya çempionatının açılışında çıxış edib (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez Bakıda "Tofiq Bəhramov" stadionunda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimində çıxış edib.

O, Azərbaycan publikası üçün eksklüziv nömrə ilə çıxış edib.

Bazar günü isə dünya ulduzlarının konserti "Eurovision 2012"-nin keçirildiyi "Crystal Hall"da baş tutacaq. Konsert "Omnikomo Music Group" şirkəti və "Universal Music Group"un Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qeyd edək ki, azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov sentyabrın 23-də "Crystal Hall"da keçiriləcək konsertdə Cennifer Lopezlə birgə çıxış edəcək.

Bu möhtəşəm konsertə hazırlığa 65 yük maşını, 5 təyyarə və 200-ə yaxın əməkdaş cəlb edilib. Dünya şöhrətli müğənni xüsusi olaraq bakılı tamaşaçılar üçün eksklüziv şou hazırlayıb. Lopezlə birlikdə Bakıya Los-Ancelesdən onun komandasının 60-a yaxın üzvü də gəlib. Cennifer Lopezin Bakıdakı konserti, həmçinin musiqi sənayesində piratçılıqla mübarizəyə həsr edilib.

Video Player
Xəbər lenti

Xəbər lenti