...

İngiltərədə futbol oyunu zamanı hakimlərin səslərinin yazılması müzakirə olunur

İdman Materials 5 Noyabr 2012 14:59 (UTC +04:00)
İngiltərə Futbol Assosiasiyasında (İFA) hakimlərin matç zamanı işlətdikləri ifadələrin audioyazıya alınması imkanları nəzərdən keçirilir.
İngiltərədə futbol oyunu zamanı hakimlərin səslərinin yazılması müzakirə olunur

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

İngiltərə Futbol Assosiasiyasında (İFA) hakimlərin matç zamanı işlətdikləri ifadələrin audioyazıya alınması imkanları nəzərdən keçirilir. Bu barədə Trend bazar ertəsi İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Buna səbəb ölkə çempionatının 9-cu turu çərçivəsində "Çelsi" - "Mançester Yunayted" (2:3) oyununda Mark Klattenburqun iştirakı ilə baş verən hadisə olub.

Xatırladaq ki, oktyabrın 28-də baş tutan həmin görüşdən sonra "Çelsi" Klattenburqu komandanın iki oyunçusunu, o cümlədən qaradərili futbolçu Obi Mikeli təhqir etməkdə günahlandırıb. Müvafiq şikayət federasiyaya göndərilib. Hakim isə deyilənləri inkar edir.

Federasiya rəhbəri Devid Bernsteynin sözlərinə görə, hakimlərin ifadələrinin audioyazıya alınması imkanını öyrənmək lazımdır.

Məlumdur ki, oyunlar zamanı baş hakim laysmanlar və ehtiyat hakimlərə mikrofon vasitəsi ilə müraciət edir və onların sözləri yazılmır. Bununla belə, İngiltərədə keçirilən reqbi çempionatında sözügedən praktika tətbiq olunur və bütün materiallar ilin sonunadək Reqbi İttifaqında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti