Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Trend-in Assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda "Simurq" klubunun müraciətinə baxılıb.
Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın futbolçusu Qərib İbrahimov barədə çıxardığı qərarın qüvvədə saxlanılması qərara alınıb.
Həmçinin AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın futbolçusu İlkin Qırtımov barədə çıxardığı qərarı qismən dəyişdirilib və futbolçu İlkin Qırtımov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində İlkin Qırtımov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.