...

AFFA "Rəvan"ın baş məşqçisini bağışladı

İdman Materials 28 Dekabr 2012 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda "Simurq" PFK və "Rəvan" FK-nın müraciətlərinə baxılıb. Müraciətlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.

Belə ki, AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın qapıçısı David Pietrzkiyeviç barədə qərarı qismən dəyişdirilib. Qapıçı David Pietrzkiyeviç intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılır, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunur. 6 aylıq sınaq müddəti ərzində David Pietrzkiyeviç analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

AFFA-nın İntizam Komitəsinin "Rəvan" FK-nın baş məşqçisi Kemal Alispahiç (hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətməsi) barədə qərarı ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti