...

Beynəlxalq Gimnastika Federasiyası Akademiyası Azərbaycanda ilk dəfə məşqçilk kursları keçirir (FOTO)

İdman Materials 15 Yanvar 2013 15:06 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyası Akademiyası (FIG) Azərbaycanda ilk dəfə məşqçilər üçün birinci səviyyəli kurslar keçirir.
Beynəlxalq Gimnastika Federasiyası Akademiyası Azərbaycanda ilk dəfə məşqçilk kursları keçirir (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Gimnastika Federasiyası Akademiyası (FIG) Azərbaycanda ilk dəfə məşqçilər üçün birinci səviyyəli kurslar keçirir.

Trend-in məlumatına görə, bu gün Bakıda Akademiyanın üç eksperti - kursların rəhbəri Nota Klentrou (Kanada), Nadya Aleksandrova (Böyük Britaniya) və Helena Diaş (Portuqaliya) 17 iştirakçı üçün seminara başlayıblar.

"Akademiyada üç səviyyə üzrə məşqçilik kursları var. Hazırda keçirilən kurslar birinci səviyyə üçün nəzərdə tutulub. Kursların məqsədi tədris metodikasının səviyyəsini dünya standartları səviyyəsinə çatdırmaqdır", - açılışda Klentrou bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq Akademiyanın kurslarının müxtəlif səviyyələrini uğurla keçən məşqçilər var. Onlar Azərbaycan milli yığmasının məşqçilərindən biri olan Natalya Bulanova (3-cü kateqoriya), Bakıdakı bazada komandanın baş məşqçisinə yardım edən Anastasiya Prasolova (1-ci kateqoriya) və Qusarda bədii gimnastika seksiyasına rəhbərlik edən Kamilla Məmmədovadır (1-ci kateqoriya).

Kanadalı ekspertin fikrincə, Azərbaycanda bədii gimnastika idman növü artıq kifayət qədər inkişaf edib. Bir həftə ərzində Bakıda keçiriləcək bu kurslar məşqçilik təcrübəsi az olan və yaxud gimnast karyerasını başa vuraraq məşqçilik etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Kursların yekunu olaraq yanvarın 20-21-də praktiki və nəzəri imtahanlar keçiriləcək. İmtahandan müvəffəqiyyətlə keçən məşqçilərə beynəlxalq dərəcəli məşqçi sertifikatı veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti