...

“Fənərbaxça” müdafiəçi Brunu Alveşə görə “Zenit”ə 5 milyon avro təklif edir

İdman Materials 4 İyun 2013 13:24 (UTC +04:00)
Türkiyənin “Fənərbaxça” klubu Rusiyanın “Zenit” klubunun 31 yaşlı müdafiəçisi Brunu Alveşi transfer etmək niyyətindədir. Bu barədə Trend “Fanatik” qəzetinə istinadən məlumat verib.
“Fənərbaxça” müdafiəçi Brunu Alveşə görə “Zenit”ə 5 milyon avro təklif edir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Türkiyənin "Fənərbaxça" klubu Rusiyanın "Zenit" klubunun 31 yaşlı müdafiəçisi Brunu Alveşi transfer etmək niyyətindədir. Bu barədə Trend "Fanatik" qəzetinə istinadən məlumat verib.

Bildirilir ki, Türkiyə klubu portuqaliyalı oyunçuya görə, təxminən 5 milyon avrodan keçməyə hazırdır. Lakin Rusiya klubu bundan iki dəfə artıq məbləğin təklif olunacağına ümid edir.

"Fənərbağça" klubu Alveşin özünə isə, 2,5 milyon avro əmək haqqı ilə üç illik müqavilə təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti