...

Bu gün güləş üzrə Avropa çempionatında qızların mübarizəsi başlayır

İdman Materials 4 İyul 2013 12:41 (UTC +04:00)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün güləş üzrə Avropa çempionatında qızların mübarizəsi başlayır

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulurlar.

Təmsilçimiz Sahilə Ələkbərova 44 kq çəki dərəcəsində ilk görüşündə Rusiya təmsilçisi Svetlana Yefimova ilə qarşılaşacaq.

Patimat Baqomedova 51 kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə başlayacaq, onun ilk rəqibi Polşa təmsilçisi Paula Kozlov olacaq.

Alyona Kolesnik 59 kq çəki dərəcəsində ilk görüşdə İtaliya güləşçisi Karola Rainero ilə qüvvəsini sınayacaq. 67 kq çəki dərəcəsində Raqnetta Qurbanzadənin ilk rəqibi isə türkiyəli Kiymet Koçyiğit olacaq.

Xatırladaq ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vuraraq komanda hesabında 52 xalla ikinci olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti