...

Azərbaycan yığması qrupda lider oldu

İdman Materials 8 İyul 2013 19:51 (UTC +04:00)
Hərbçilər arasında 1-ci Dünya Kuboku turnirinin qrup mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirib.
Azərbaycan yığması qrupda lider oldu

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Hərbçilər arasında 1-ci Dünya Kuboku turnirinin qrup mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirib.

Trend-in məlumatına görə, yığmamız AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da İraq komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bundan əvvəl komandamız Mali və Kanada yığmaları ilə qarşılaşmış və müvafiq olaraq, 4:0 və 2:0 hesabı ilə qələbə qazanmışdı.

Beləliklə, Azərbaycan yığması qrupda keçirdiyi bütün görüşlərdən qalib ayrılaraq 1/4 final mərhələsinə qrup birincisi olaraq vəsiqə qazanıb. Yığmamız iyulun 10-u saat 21:00-da "Dalğa Arena"da keçiriləcək 1/4 final oyununda B qrupunda ikinci yeri tutmuş Bəhreyn komandası ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti