...

Kompyuter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının final mərhələsi başlayır

İdman Materials 28 Avqust 2013 13:28 (UTC +04:00)
Kompyuter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının final mərhələsi bu gün və sabah keçiriləcək.
Kompyuter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının final mərhələsi başlayır

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Kompyuter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının final mərhələsi bu gün və sabah keçiriləcək.

Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının final mərhələsi 28 - 29 avqust 2013-cü il tarixdə Bakı şəhərində keçiriləcək.

Gənclər və İdman Nazirliyi və "Kiber İdman Federasiyası"nın təşkilatçılığı ilə Azərbaycanın 9 şəhərində keçirilən zona turlarının nəticəsi olaraq, 22 rayon və şəhərdən 4 oyun dissiplinası üzrə finala vəsiqə qazanmış komandaların siyahısı:

Counter Strike 1.6 oyunu üzrə:

1. Xaçmaz rayonu

2. Masallı rayonu

3. Kürdəmir rayonu

4. Hacıqabul rayonu

5. Ağdaş rayonu

6. Abşeron rayonu

7. Xızı rayonu

8. Qazax rayonu

9. Gəncə şəhəri

10. Qax rayonu

11. Xocavənd rayonu

FİFA 13 oyunu üzrə:

1. Siyəzən rayonu

2. Astara rayonu

3. Ucar rayonu

4. Saatlı rayon

5. Mingəçevir şəhəri

6. Abşeron rayonu

7. Xızı rayonu

8. Goranboy rayonu

9. Samux rayonu

10. Qax rayonu

11. Şuşa rayonu

Super street fighter IV arcade edition oyunu üzrə:

1. Siyəzən rayonu

2. Astara rayonu

3. Saatlı rayonu

4. Zərdab rayonu

5. Abşeron rayonu

6. Xızı rayon

7. Qazax rayonu

8. Goranboy rayonu

9. Zaqatala rayonu

10. Şuşa rayonu

Cross fire oyunu üzrə:

1. Cəlilabad rayonu

2. Saatlı rayonu

3. Abşeron rayonu

4. Xızı rayonu

5. Şəki şəhəri

Qeyd edək ki, final mərhəlisində qaliblərin mükafatlandırılması avqustun 29-da Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti