Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən səsvermə nəticəsində güləşçiləri, güləş mütəxəssislərini və bu idman növünün azarkeşlərini sevindirən qərar qəbul olunub. Bu barədə Trend Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bazar günü məlumat verir.
BOK üzvlərinin güləşə yaşıl işıq yandırmasında Azərbaycan güləşinin də payı olub. Belə ki, FİLA-nın yeni prezidenti Nenad Laloviç təqdimatını Azərbaycan güləşinin London Olimpiadasında tarixi zəfərini əks etdirən foto ilə bitirib. Həmin slayddakı fotoda Olimpiya çempionumuz Şərif Şərifov məşqçi Firdovsi Umudovun çiynində əks olunub.
Xatırladaq ki, BOK-un 125-ci Sessiyasında Azərbaycandan qonaq qismində, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edirlər.