Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında IX turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, Bakıda AZAL Zaqatalanın "Simurq" komandasını qəbul edib. Əvvəlcə təyyarəçilər fərqlənib - Qərib İbrahimov, 23. 52-ci dəqiqədə Rəşad Eyyubov penalti zərbəsindən dəqiq yararlanaraq hesaba tarazlıq gətirib - 1:1.
Turun digər oyunu da Bakıda baş tutub. "Rəvan" "Xəzər Lənkəran"la qarşılaşıb. 17-ci dəqiqədə Sohib Savankulov bakılıları sevindirib. Lənkəranlıların cavab qolu xeyli gecikib - 75-ci dəqiqədə Junior Nildo istəyinə çatıb - 1:1.
IX turun digər oyunlarının nəticələri:
"Sumqayıt" - "İnter" - 0:2
"Qəbələ" - "Neftçi" - 1:2
Qeyd edək ki, turun bütün oyunları bu gün keçiriləcək.