...

"Bank Technique"in əməkdaşı Azərbaycan bayrağını Sofiyada yüksəldib

İdman Materials 8 Oktyabr 2013 17:11 (UTC +04:00)
4-6 oktyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində kyokuşin karate növü üzrə birinci dünya çempionatı keçirilib.
"Bank Technique"in əməkdaşı Azərbaycan bayrağını Sofiyada yüksəldib

Azərbaycan, Bakı, 8 oktyabr/Trend/

4-6 oktyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində kyokuşin karate növü üzrə birinci dünya çempionatı keçirilib. 45 ölkənin 264 idmançısının iştirak etdiyi yarışda Azərbaycanı 4 idmançı, o cümlədən "Bank Technique"in əməkdaşı Mehrac Gülməmmədov təmsil edib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, idmançımız 80 kiloqram çəki dərəcəsində 3-cü yerə yüksələrək, Azərbaycana dünya çempionatının bürünc medalını qazandırıb və bayrağımızı Sofiyada dalğalandırıb.

Kyokuşin yaponiyalı Masutatsu Oyama tərəfindən qurulan tam təmaslı karate stilidir. 1996-cı ildə ölkəmizdə kyokuşin karate növü üzrə ilk klub fəaliyyətə başlayıb, iki il sonra isə Azərbaycan Kyokuşin Karate Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda ölkəmizin şəhər və rayonlarında bir neçə min idmançı karatenin bu növü ilə məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti