...

"Barselona" Messidən məhrum oldu

İdman Materials 11 Noyabr 2013 17:32 (UTC +04:00)
"Barselona"nın argentinalı hücumçusu Lionel Messinin "Betis"lə oyunda aldığı zədə ciddidir.
"Barselona" Messidən məhrum oldu

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

"Barselona"nın argentinalı hücumçusu Lionel Messinin "Betis"lə oyunda aldığı zədə ciddidir.

Trend-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, forvard 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Messi sol ayağından aldığı zədə ilə əlaqədar tibbi müayinədən keçib. Həkimlər argentinalının müalicəsində təkid ediblər.

Ardıcıl 4 ildir ki, planetin ən yaxşı oyunçusu seçilən Messi, gözlənildiyi kimi, 6-8 həftə komandasına kömək etməyəcək.

Bu, təqvim ili ərzində futbolçunun aldığı dördüncü zədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti