...

Azərbaycanlı idmançı Belarusda “Ümid kuboku” beynəlxalq turnirində rekorda imza atıb

İdman Materials 12 Noyabr 2013 13:27 (UTC +04:00)
Azərbaycanlı üzgüçü Fatimə Əlkərimova Belarusun Reçitsa şəhərində keçirilən "Ümid kuboku" beynəlxalq turnirində birinci yeri turub.
Azərbaycanlı idmançı Belarusda “Ümid kuboku” beynəlxalq turnirində rekorda imza atıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend /

Azərbaycanlı üzgüçü Fatimə Əlkərimova Belarusun Reçitsa şəhərində keçirilən "Ümid kuboku" beynəlxalq turnirində birinci yeri turub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Su İdmanı Növləri Federasiyasından xəbər verilib.

Federasiyadan bildirildiyi kimi, 11 yaşlı Əlkərimova bütün növlər üzrə ən yüksək nəticələri göstərib. Azərbaycan idmançısı 50 metr məsafəyə sərbəst üsulla üzməkdə yarışların yeni rekordunu müəyyən edib.

Turnirdə Azərbaycan, Belarus, Rusiya, Ukrayna, Moldova və Litvadan 600-ə yaxın üzgüçü iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti