...

Bakıda GT3 dünya avtomobil yarışında qəza: avtomobillər toqquşdu (FOTO)

İdman Materials 23 Noyabr 2013 14:11 (UTC +04:00)
Bakıda keçirilən GT3 dünya avtomobil yarışının seçim turunda yarış avtomobilləri qəza törədib.
Bakıda GT3 dünya avtomobil yarışında qəza: avtomobillər toqquşdu     (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda keçirilən GT3 dünya avtomobil yarışının seçim turunda yarış avtomobilləri qəza törədib.

Trend-in məlumatına görə, yarış zamanı toqquşan iki avtomobildən biri təhlükəsizlik səddinə çırpılıb. Avtomobildə tüstülənmə müşahidə edilib və dərhal alovlanmanın qarşısı alınıb.

Qəza zamanı sürücülər xəsarət almayıb.

Qeyd edək ki, bu gün Bakıda GT3 dünya avtomobil yarışının seçim turu keçirilir. Seçim turunda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir.

Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti