...

Qvardiola taktikasını satan futbolçunu "Bavariya"dan qovmağa hazırlaşır

İdman Materials 25 Noyabr 2013 10:16 (UTC +04:00)
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola taktiki fikirlərini jurnalistlərə bildirən futbolçu ilə hesablaşmaq və müqaviləsini dayandırmaq niyyətindədir.
Qvardiola taktikasını satan futbolçunu "Bavariya"dan qovmağa hazırlaşır

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola taktiki fikirlərini jurnalistlərə bildirən futbolçu ilə hesablaşmaq və müqaviləsini dayandırmaq niyyətindədir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya mətbuatı yazır.

Daha əvvəl Almaniyanın "Bild" qəzeti milli çempionatın 13-cü turu çərçivəsində "Borussiya" ilə (3:0) oyundan əvvəl baş məşqçinin taktiki sxemini dərc etmişdi.

X.Qvardiola qeyd edib: "Satqının kim olduğunun mənim üçün fərqi yoxdur. Mən onun "Bavariya"dan getməsini istəyirəm. O heç vaxt mənim komandamda oynamayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti