Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, bu gün iki oyun keçirilib.
"Simurq" doğma meydanda paytaxtın AZAL komandasını qəbul edib. Artıq birinci hissədə zaqatalılar "təyyarəçi"lərin qapısından iki cavabsız top keçiriblər. 25-ci dəqiqədə Draqan Çeran, 45-ci dəqiqədə isə Raul Kostin fərqlənib. İkinci hissənin son dəqiqəsində "Simurq" futbolçuları daha bir qol vurmağı bacarıblar - 3:0.
"İnter" isə "Sumqayıt"ı sınağa çəkib. 32-ci dəqiqədə Abdulla Abatsiyev bakılıları hesabda önə keçirib. 88-ci dəqiqədə Vaqif Cavadov hesabı artırıb - 2:0. Matç elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, tura dekabrın 15-də keçiriləcək üç oyunla yekun vurulacaq.