...

Premyer Liqada qış transfer pəncərəsi: Kimlər gedir, kimlər gəlir?

İdman Materials 23 Dekabr 2013 19:17 (UTC +04:00)
Premyer Liqada qış transfer pəncərəsinin vaxtı açıqlanıb. Bu barədə Trend-ə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib.
Premyer Liqada qış transfer pəncərəsi: Kimlər gedir, kimlər gəlir?

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Premyer Liqada qış transfer pəncərəsinin vaxtı açıqlanıb. Bu barədə Trend-ə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib.

Onun sözlərinə görə, qış transfer pəncərəsi 2014-cü il yanvarın 3-də açılacaq, həmin ayın 31-də isə bağlanacaq.

Premyer Liqada qış fasiləsinin yaranması ilə əlaqədar bəzi klublar artıq transfer fəaliyyətinə başlayıblar. "Qarabağ", "İnter", AZAL, "Xəzər Lənkəran" və "Rəvan" klublarından rəsmən göndərilən futbolçular var.

Klubların transferləri yanvarın 3-dən rəsmiləşəcək.

"Qarabağ"

Gedənlər: Miro Varvodiç

"Qəbələ":

Gələnlər: Ruslan Tağızadə

"Neftçi":

Gələnlər: Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Qurbanov

"İnter":

Gedənlər: Flavio Bek, Joao Paulo, İlço Naumoski, Daniel Genov

"Bakı":

Gələnlər: Əziz Quliyev

AZAL

Gedənlər: Ruslan Tağızadə, Freddi Borq

"Xəzər Lənkəran"

Gedənlər: Duqlas Leyte

"Rəvan"

Gedənlər: Sebastyan Kastro-Telyo, Əziz Quliyev

"Sumqayıt"

Gedənlər: Slavik Alxasov, Ruslan Qurbanov, Kərim Diniyev, Sabir Allahquliyev, Elşən Abdullayev, Zaur Həşimov, Vüqar Əsgərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti