...

"Rubin"in yeni baş məşqçisinin adı məlum oldu

İdman Materials 10 Yanvar 2014 12:33 (UTC +04:00)
Rusiyanın “Rubin” klubunun yeni baş məşqçisi Rinat Bilaləddinov olub. Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.
"Rubin"in yeni baş məşqçisinin adı məlum oldu

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Rusiyanın "Rubin" klubunun yeni baş məşqçisi Rinat Bilaləddinov olub. Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

2002-ci ildən Bilaləddinov Moskva "Lokomotiv"ində çalışıb. Burada o, yeniyetmələrdən ibarət komandaya rəhbərlik edib.

Bir müddət əvvəl bir sıra kütləvi informasiya vasitələri məlumat vermişdi ki, "Rubin"ə əcnəbi mütəxəssis rəhbərlik edəcək. Namizədlər qismində Stanislav Çerçesovun, Yuri Syominin və digərlərinin də adları var idi.

2013-cü il dekabrın 20-də 2001-ci ildən Kazan klubuna rəhbərlik edən Kurban Berdiyev baş məşqçi postundan kənarlaşdırılıb. Berdıyevin rəhbərliyi altında "Rubin" birinci diviziondan yüksək diviziona çıxıb və iki dəfə Rusiya çempionatının qızıl medalını qazanıb. Komanda K.Berdiyevlə iki dəfə ölkə çempionatının bürünc medalına və bir dəfə Rusiya kubokuna sahib çıxmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti