Azərbaycan, Bakı, 11 yanvar /Trend/
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 13-cü yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 4:2 - ümumi nəticədə 5:3 hesabı ilə qalib gələrək turniri 13-cü yerdə başa vurub.