...

İngiltərə çempionatında "hokkey hesabı" qeydə alındı

İdman Materials 12 Yanvar 2014 22:12 (UTC +04:00)
Bu gün İngiltərə Premyer Liqasının XXI turunun "Stok Siti" - "Liverpul" qarşılaşması qolların bolluğu ilə yadda qalıb.
İngiltərə çempionatında "hokkey hesabı" qeydə alındı

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Bu gün İngiltərə Premyer Liqasının XXI turunun "Stok Siti" - "Liverpul" qarşılaşması qolların bolluğu ilə yadda qalıb.

Trend məlumat verir ki, əvvəlcə liverpullular 2 top fərqi ilə öndə olublar. Birinci hissənin sonunda ev sahibləri hesabı bərabərləşdirə biliblər.

Matçın ikinci hissəsinə qonaqlar yaxşı başlayıblar. Əvvəlcə Stiven Cerrard, sonra Luis Suarez fərqləniblər.

85-ci dəqiqədə şəhərlilər hesab arasındakı fərqi minimuma endiriblər. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Daniel Starric qoyub - 3:5.

Beləliklə, "Liverpul" 21 oyundan 42 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti