Azərbaycan, Bakı, 1 fevral /Trend/
Fevralın 2-də Premyer Liqanın 19-cu turu çərçivəsində "Bakcell Arena" stadionunda keçirilməli olan "Neftçi" - "Simurq" oyununun yeri dəyişdirilib.
Klubdan Trend-ə verilən məlumata görə, stadionun qarşılaşmaya hazır olmaması səbəbindən matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Oyun saat 14:00-da başlayacaq.