Azərbaycan, Bakı, 14 fevral /Trend/
Bu gün Premyer Liqada 21-ci turun oyunlarına start verilib. Trend-in məlumatına görə, turun açılış matçında bu gün "Simurq" və "İnter" komandaları üz-üzə gəlib.
"İnter" bu görüşdə qələbə qazanmaqla 1:0 liderlər sırasında qərarlaşan komandalarla xal fərqini azaldıb.
Qeyd edək ki, Premyer Liqada 21-ci tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
14 fevral (cümə)
Premyer Liqa, 21-ci tur
Simurq" - "İnter" - 0:1
Qol: Dieqo Madriqal, 72 (0:1)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.