...

Ukraynada Avropa Liqasının oyunları təxirə salına bilər

İdman Materials 19 Fevral 2014 17:17 (UTC +04:00)
Fevralın 20-də Ukraynada keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin 3 matçı ölkədəki qarşıdurmalar səbəbindən təxirə salına bilər.
Ukraynada Avropa Liqasının oyunları təxirə salına bilər

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 20-də Ukraynada keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin 3 matçı ölkədəki qarşıdurmalar səbəbindən təxirə salına bilər. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Ukrayna" agentliyi "Sport-Ekspress"ə istinadən xəbər verir.

Məlumata görə, UEFA daha əvvəl "Dinamo" (Kiyev) - "Valensiya" matçının keçirilməsinə icazə versə də, hazırda bu qərara yenidən baxıla bilər.

Sabah isə Avropa Liqası çərçivəsində "Çernomorets" (Odessa) - "Lion" (Fransa) və "Dnepr" - "Tottenhem" oyunları keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti