Digər oyunlar barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:06-da yayılıb)
Azərbaycan, Bakı, 28 fevral /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, turun açılış oyununda "Bakı" "Sumqayıt"la qarşılaşıb. Futbolçuların cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb - 0:0.
60-cı dəqiqədə "Sumqayıt"ın oyunçusu Nodar Məmmədov iki sarı vərəqə aldıqdan sonra meydanı vaxtından əvvəl tərk edib.
"Qəbələ" isə səfərdə "Simurq"un qonağı olub. Bu oyunda da qol qeydə alınmayıb - 0:0.
"Xəzər Lənkəran" doğma meydanda "İnter"i qəbul edib. Oyunun taleyi birinci hissədə həll olunub. 32-ci dəqiqədə Baçana Sxadadze penaltidən dəqiq yararlanmaqla hesabı açıb. İlk hissənin son dəqiqəsində Tieqo Xesus Lənkəranda bərabərliyi təmin edib.
Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. "Neftçi" "Qarabağ"la üz-üzə gəlib. Ağdam təmsilçisi birinci hissədə Leroy Corc və Reynoldonun qolları ilə önə keçib.
62-ci dəqiqədə "Neftçi"nin oyunçusu Araz Abdullayev qırmızı vərəqə alıb.
67-ci dəqiqədə Reynaldo hesab arasındakı fərqi 3 topa çatdırıb. 82-ci dəqiqədə Mirhüseyn Seyidov fərqi azaltsa da, 4 dəqiqə sonra Reynaldo het-trik edib.