...

"Neftçi" Qəbələdə "şeytanın qıçı"nı qırdı

İdman Materials 9 Mart 2014 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində son görüşlər keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda paytaxtın "Neftçi" klubunu qəbul edib.

İlk qol bakılılardan gəlib. 29-cu dəqiqədə Bahodir Nasimov fərqlənib. 64-cü dəqiqədə özbəkistanlı futbolçu dubla imza atıb.

71-ci dəqiqədə Lorense Ebesilio hesab arasındakı fərqi azaldıb - 1:2. Son dəqiqələrdə isə "Qəbələ" futbolçularının hesabı bərabərləşdirməsinə dirək mane olub.

Beləliklə, son 5 oyunda qələbə üzünə həsrət qalan "Neftçi" Qəbələdən 3 xalla ayrılıb.

Turun son qarşılaşmasında isə "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti