...

Azərbaycanda milli at oyunları festivalı keçiriləcək (FOTO)

İdman Materials 1 May 2014 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycanda milli at oyunları festivalı keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş festival mayın 2-7-də Şəki rayonunda keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini, festivalın keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Cavanşir Cəfərov bildirib.

Əgər ilk illərdə festivalda 6-8 komanda iştirak edirdisə, builki tədbirdə Bakıdan 2 və Xaçmaz rayonundan 1 olmaqla ümumilikdə 16 komanda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti