Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Ulucay Məmmədov/
"Lids Yunayted" futbol klubunun yeni prezidenti Massimo Çellino komandanın qapıçısını doğum günü tarixinə görə qovub.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, "Lids Yunayted"in yeni italiyalı prezidenti vətənində 17 rəqəminin uğursuz sayılmasına görə 17 may tarixində doğulmuş qapıçı Paddi Kennini komandadan qovub.
Qapıçının komandaya uğursuzluq gətirə biləcəyini düşünən Massimo Çellino İtaliyanın "Kalyari" klubunun sahibi olduğu zaman da belə hərəkətləri ilə diqqət çəkmişdi. Belə ki, o "Kalyari" klubunun stadionundakı "17" nömrəli kresloların nömrəsini "16B" ilə əvəz etmişdi.