Azərbaycan, Bakı, 30 avqust /Trend/
Bir vaxtlar Azərbaycanın ən iddialı klublarından olan, futbol tariximizdə ilk dəfə UEFA kubokunda mərhələ keçən "Karvan"ın taleyinə aydınlıq gəlib.
Trend El TV-yə istinadən xəbər verir ki, klub tarixin qara yaddaşına köçüb. Artıq bu barədə Peşəkar Futbol Liqasına da məlumat verilib və Yevlax "Karvan"ının növbəti mövsüm I divizionda oynamayacağı dəqiqləşib.
Bunu klubun keçmiş baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O bildirib ki, komandanın sponsor problemi var. Buna görə də artıq "Karvan" dağılan klubların karvanına qoşulub.