Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və "Simurq"un futbolçusu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. "Xəzər Lənkəran" FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.
2. "Simurq" PİK-in futbolçusu Çeran Draqan barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.