...

Almaniyada futbol hakimlərinə spreydən istifadəyə icazə verilib

İdman Materials 9 Oktyabr 2014 11:34 (UTC +04:00)
Oktyabrın 18-dən alman referilər üç divizionda futbol üzrə Braziliyada keçirilən dünya çempionatında istifadə olunan spreylərdən istifadə edəcəklər.
Almaniyada futbol hakimlərinə spreydən istifadəyə icazə verilib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 18-dən alman referilər üç divizionda futbol üzrə Braziliyada keçirilən dünya çempionatında istifadə olunan spreylərdən istifadə edəcəklər. Bu barədə Trend İnterfaks-a istinadən xəbər yayıb.

Almaniya Futbol İttifaqının təmsilçisi Luts Mixael Frelix SID agentliyinə bildirib: "Bütün hüquqi məsələlər həll edilib".

Ötən həftə sprey testdən keçirilib. Bundan başqa, balonlara qanunvericiliyin tələb etdiyi rəmzlər və nişanlar vurulub.

İtaliya, İspaniya və Fransa da turnirlərdə spreylərdən istifadəyə icazə verib.

Sentyabrın sonlarında spreylərə qadağa qoyulması tələbi ilə Almaniya Texniki Nəzarət Agentliyi çıxış edib. Tədqiqatçılar bunu onunla əsaslandırıblar ki, spreydə orqanizmə düşərkən hormonal pozulmalara gətirib çıxaran parabenlər tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti