...

Kaxaber Sxadadze cəzalandırıldı

İdman Materials 25 Noyabr 2014 15:22 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Kaxaber Sxadadze cəzalandırıldı

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, Komitə Azərbaycan Premyer Liqasının 12-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının XII turunun "Bakı" - "Qarabağ" matçında "Bakı" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"İnter" - "Xəzər Lənkəran" matçının 79-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran" klubunun direktoru Yunis Hüseynov və "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanıb, hər iki kluba 5000 manat cəza kəsilib.

Azərbaycan Premyer Liqasının XII turunun "Simurq" - "Neftçi" oyunu başa çatdıqdan sonra "Neftçi" klubunun rəsmisi Elnur Əşrəfoğlu hakimlər komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti