...

Bülənt Qorxmaz baş məşqçilikdən uzaqlaşdırıldı

İdman Materials 25 Noyabr 2014 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Türkiyə Superliqasının təmsilçisi olan "Kayseri Ərciyyəspor" klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Ziya Eren deyib.

O bildirib ki, komandanın uğursuz çıxışı səbəbindən baş məşqçi istefaya göndərilib.

Qeyd edək ki, "Kayseri Ərciyəsspor" klubu Superliqanın 10 turundan sonra 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, B.Qorxmaz 2009-2010-cu illərdə "Bakı" klubunu da çalışdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti