...

Azarkeşlər "Simurq"u xərcə saldılar

İdman Materials 2 Dekabr 2014 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XIV turunun oyunları ilə də bağlı bir sıra qərarlar qəbul olunub.

Noyabrın 29-a XXIII Premyer Liqanın XIV turunun "Neftçi" - "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Noyabrın 30-da "Simurq" - "Qarabağ" matçının 60-cı dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti