...

"İnter" son anda qurtuldu

İdman Materials 13 Dekabr 2014 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

Trend-in məlumatına görə, "Simurq" öz meydanında paytaxtın "İnter" klubunu qəbul edib.

Birinci hissənin sonuna iki dəqiqə qalmış zaqatalılar önə keçiblər - Draqan Çeran fərqlənib.

Matçın 90+2-ci dəqiqəsində Franka Nildo hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, turun digər üç oyunu sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti