...

"Qəbələ" də hazırlaşır

İdman Materials 2 Yanvar 2015 16:48 (UTC +04:00)
“Qəbələ” futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib.
"Qəbələ" də hazırlaşır

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Qəbələ" futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib.

Trend klubun saytına istinadən məlumat verir ki, "qırmızı-qaralar" qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda "Əskişəhərspor"la qarşılaşacaq. Türkiyə Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.

Bunadək "Qəbələ"nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək "qırmızı-qaralar" PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də iki matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. Bundan əlavə, "Qəbələ" yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti