...

Ronaldo Şeykdən ayrıldı

İdman Materials 14 Yanvar 2015 20:28 (UTC +04:00)
Madrid "Real"ının forvardı Kriştiano Ronaldo sevgilisi İrina Şeykdən ayrılıb.
Ronaldo Şeykdən ayrıldı

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Madrid "Real"ının forvardı Kriştiano Ronaldo sevgilisi İrina Şeykdən ayrılıb. Bu barədə Trend "El Mundo Deportivo" nəşrinə istinadən məlumat verir.

Nəşrin yazdığına görə, İ.Şeyk əvvəlki illərdə olduğu kimi, bu il də "Qızıl top"un təqdimat mərasimində iştirak etməyib. Bundan başqa, o, "Twitter" sosial şəbəkəsində futbolçunun səhifəsinə abunəliyini ləğv edib.

Qeyd edək ki, Rusiya əsilli İ.Şeyk 2010-cu ildən portuqaliyalı futbolçu ilə görüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti