...

"Simurq" və "Qəbələ" cəzalandırıldı

İdman Materials 13 Fevral 2015 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

Trend-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XXI turunun "Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 45+2-ci dəqiqəsində "Qəbələ" klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti