"Sumqayıt" - "Neftçi" oyunu barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:54-də yayılıb)
Azərbaycan, Bakı, 28 fevral /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Trend-in məlumatına görə, ilk oyunda "İnter" və "Simurq" komandaları qarşılaşıblar. Oyuna meydan sahibləri fəal başlayıblar - 18-ci dəqiqədə Baçana Sxadadze fərqlənib.
79-cu dəqiqədə Elvin Məmmədov hesab arasındakı fərqi artırıb. 87-ci dəqiqədə Marko Stanoyeviç zaqatalıları sevindirib (2:1), 1 dəqiqə sonra isə qırmızı vərəqə almaqla kədərləndirib.
Beləliklə, xalını 40-a yüksəldən "İnter" ikinci sıradakı mövqeyini möhkəmləndirib.
"Sumqayıt" isə doğma meydanda "Neftçi"ni qəbul edib. İlk hissənin tamamında hesab açılmayıb. Paytaxt təmisilçiləri yalnız 83-cü dəqiqədə istəklərinə çatıblar - Nikolas Kanales fərqlənib - 0:1.
Turun mərkəzi oyunu Bakıda keçirilir. Lider "Qarabağ" "Qəbələ"ni sınağa çəkir. Qonaqlar hesabda irəlidədirlər - 0:1.
"Xəzər Lənkəran" - "Bakı" oyununda isə 1:1 hesablı bərabərlik var.