...

"Qarabağ" və "Qəbələ" qalib gəldi, "Neftçi" uduzdu

İdman Materials 8 Mart 2015 20:52 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
"Qarabağ" və "Qəbələ" qalib gəldi, "Neftçi" uduzdu

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub.

Günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. "İnter"i qəbul edən "Neftçi" 0:2 hesabı ilə uduzub.

İkinci oyunda paytaxt klubları üz-üzə gəlib. AZAL öz meydanında "Bakı"nı sınağa çəkib. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb

Lider "Qarabağ" Respublika stadionunda "Xəzər Lənkəran"la üz-üzə gəlib və minimal hesabla qalib gəlib - 1:0.

Günün son oyununda "Sumqayıt" "Qəbələ"nin qonağı olub və 0:2 hesabı ilə uduzub.

Xəbər lenti

Xəbər lenti