...

Kapital Bank Avropa Oyunlarının sonuncu rəsmi tərəfdaşı oldu (FOTO)

İdman Materials 13 Mart 2015 19:04 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək ilk Avropa Oyunlarına rəsmi pərakəndə bank qismində xidmətləri təmin etməsi üçün Kapital Bank ilə müqavilə imzalayıb.
Kapital Bank Avropa Oyunlarının sonuncu rəsmi tərəfdaşı oldu (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək ilk Avropa Oyunlarına rəsmi pərakəndə bank qismində xidmətləri təmin etməsi üçün Kapital Bank ilə müqavilə imzalayıb.

Komitədən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən Kapital Bank Bakı 2015 Avropa Oyunlarının səkkizinci və sonuncu rəsmi tərəfdaşı təyin edilib.

Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bu barədə bildirib: "Kapital Bank milyonlarla azərbaycanlının gündəlik həyatının bir hissəsini təşkil edir və ümummilli səviyyədə güclü mövqeyə malikdir. Bu yay ölkə üçün böyük bir hadisə sayılan ilk Avropa Oyunlarında Kapital Bankın öz rolunu oynayacağı anı səbirsizliklə gözləyirəm".

Kapital Bank Bakı 2015-in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici valyutadəyişmə aparatları yerləşdirməklə Bakı 2015-in tamaşaçıları, mətbuat nümayəndələri və idmançılar üçün dəyərli xidmət təmin edəcək.

Kapital Bankın İdarə heyətinin sədri Rövşən Allahverdiyev bildirib: "Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi Azərbaycan tarixinin bir hissəsinə çevrilmək Kapital Bank üçün böyük fəxrdir. Bizim niyyətimiz milyonlarla müştərimizi Bakı 2015-in Azərbaycana gətirəcəyi həyəcana qatmaqla ilk Oyunların uğuruna fəal şəkildə dəstək göstərməkdir".

Kapital Bank ölkə üzrə milyonlarla azərbaycanlı idman pərəstişkarından ibarət geniş müştəri kütləsinə Oyunlar haqqında yenilikləri təqdim etməklə Bakı 2015-in təşviq edilməsində aparıcı tərəfdaş olacaq.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Kapital Bank Azərbaycan miqyasında nüfuzlu şirkətdir. Məqsədimiz ilk Avropa Oyunlarına mümkün olduğu qədər çox insanı cəlb etməkdir. Komandamızın rəsmi tərəfdaşlar siyahısını Kapital Bankla tamamlamağımız Bakı 2015 ilə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasına kömək edəcək".

Kapital Bank Bakı 2015 Avropa Oyunlarının Azərbaycan Hava Yolları, BP, Coca-Cola, Nar Mobile, P&G, ARDNŞ və Tissot şirkətlərindən ibarət rəsmi tərəfdaş siyahısına qoşulmaqla səkkizinci rəsmi tərəfdaş statusunu əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti