...

Velosipedçilərimizin Xorvatiya zəfəri (FOTO)

İdman Materials 16 Mart 2015 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" 2015-ci ildə ilk qalibiyyətini əldə edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Xorvatiyada 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Istrian Spring Trophy" yürüşü komandanın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.

Xorvatiyada Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyətlə yarışan "Synergy Baku" əla komanda yürüşü sərgiləyib. Velosipedçilərimiz 1-ci mərhələdə 2-ci, 2-ci mərhələdə isə 1-ci olmaqla ümumi liderliyi ələ keçirən Eybegerin sonuncu yarış günündə də lazımi nəticəni əldə etməsinə şərait yaradıb.

156 km-dən ibarət bu mərhələdə Markus Eybeger yalnız 49-cu yeri tutsa da, ən yaxın izləyicisi, Rusiyanın "İtera-Katyuşa" komandasının üzvü Sergey Nikolayevlə 8 saniyəlik fərqi qoruyub və bununla da yarışın qalibinə verilən "sarı köynəyi" qazanmaqla "Synergy Baku"ya 2015-ci ildə ilk çempionluq sevinci yaşadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti