...

Boksçu karyerasında ilk məğlubiyyətindən sonra ölüb

İdman Materials 16 Mart 2015 23:11 (UTC +04:00)
Avstraliyalı boksçu Breydon Smit filippinli Con Vinsenton Moralde ilə döyüşdən sonra ölüb.
Boksçu karyerasında ilk məğlubiyyətindən sonra ölüb

Azərbaycan, Bakı, 16 mart /Trend/

Avstraliyalı boksçu Breydon Smit filippinli Con Vinsenton Moralde ilə döyüşdən sonra ölüb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verib.

Asiya çempionluğu uğrunda döyüşən Smit məğlubiyyətdən sonra qalibi təbrik edib, sonra paltardəyişmə otağına gedib. Avstraliyalı orda özünü pis edib və huşunu itirib.

Smit xəstəxanaya yerləşdirilsə də, iki sutkadan sonra beyin silkələnməsindən dünyasını dəyişib.

23 yaşlı avstraliyalı idmançı ilk məğlubiyyətini almışdı. O 12 oyunun hamısında qələbə qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti