...

"Qəbələ" səfərdə "İnter"i məğlub etdi, "Qarabağ" və AZAL qalib gəldilər (ƏLAVƏ OLUNUB)

İdman Materials 18 Mart 2015 19:57 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
"Qəbələ" səfərdə "İnter"i məğlub etdi, "Qarabağ" və AZAL qalib gəldilər (ƏLAVƏ OLUNUB)

"İnter" - "Qəbələ" oyununun nəticəsi haqqında məlumat əlavə olunub (ilk xəbər saat 18:03-də yayılıb)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın autsayder klubu bu dəfə də məğlub olub - 0:3.

"Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində qələbə qazanıb - 1:2.

Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" toparlanaraq rəqib qapısından 3 top keçirə biliblər - 3:1.

"İnter" isə "Qəbələ"ni qəbul edib. Qonaqlar səfərdə özlərini qonaq kimi aparmayıblar. Belə ki, hesabı "Qəbələ"nin heyətində Aleksey Qay açıb.

74-cü dəqiqədə Aleksandr Amisulaşvili hesabı bərabərləşdirsə də, əsas vaxta əlavə olunmuş dəqiqələrdə Ruslan Abışov son nöqtəni qoyub - 1:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti