"Neftçi" - "Qarabağ" oyunu barədə məlumat əlavə olunub (ilk xəbər saat 19:48-də yayılıb)
Azərbaycan, Bakı, 13 aprel /Trend/
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Trend-in məlumatına görə, ilk görüşdə "Qarabağ" "Simurq"u sınağa çəkib. Hesabı Ağdam təmsilçisi açıb - 15-ci dəqiqədə Cavid Tağıyev fərqlənib. Gərgin keçən oyunda başqa qol qeydə alınmayıb - 1:0.
"Neftçi" isə "İnter"i qəbul edib. İlk hissədə Nikolas Kanales "Neftçi"ni irəli çıxarıb. Oyunun 71-ci dəqiqəsində Kanales dubla imza atıb.
Beləliklə, "İnter" səfər oyunundan əliboş qayıdıb.